6 kq piyi çıxarılan azərbaycanlı prodüser əməliyyatdan sonra İLK DƏFƏ - FOTO

Oxunma sayı: 626
7-03-2017, 11:33

6 kq piyi çıxarılan azərbaycanlı prodüser əməliyyatdan sonra İLK DƏFƏ - FOTO



Təranə Səmədova əməliyyatdan sonra - Bir neçə gün öncə liposaksiya (Piy sovurma əməliyyatı) etdirən tanınmış prodüser Təranə Səmədova evə buraxılıb.

Lent.az-ın foto-kameraları önünə keçən prodüser bildirib ki, hazırda özünü yaxşı hiss edir:

“Əməliyyatımdan razıyam. Əminəm ki, yeni görkəmim məni qane edəcək. Çünki artıq 3-4 gündür ki, əməliyyat olunmuşam, amma irəliləyişlərdən hiss edirəm ki, daha da yaxşı olacaq. Bu əməliyyat nəticəsində 6 litr piydən azad oldum”.

Prodüser növbəti dəfə əməliyyat masasına əyləşəcəyini deyib: “Daha bir liposaksiya əməliyyatını ayaq nahiyəmdə etdirəcəm. Bundan başqa qarşıda iki estetik əməliyyat da məni gözləyir. Estetik əməliyyatı hansı nahiyədə etdirəcəyimi isə indidən açıqlamayacağam. İstərdim ki, 15-20 kilo arıqlayım”.

Paylaş
Xəbər lentİ