"Mətanət İsgəndərli, balanı anadan ayırmağın günahı böyükdür"

Oxunma sayı: 293
14-09-2021, 07:59

"Mətanət İsgəndərli, balanı anadan ayırmağın günahı böyükdür"
Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana sosial şəbəkədə onunla bağlı paylaşım edib.

Arasdırma.info Axşam.aza istinadən xəbər verir ki, o, övladlarının ondan alındığını bildirib.

Müğənniyə səslənən Canana "Balanı anadan ayırmağın günahı böyükdür, Mətanət İsgəndərli! Allah böyükdür. Bunu unutma" deyə, bildirib.

O, daha sonra bir mahnı yayımlayaraq "Bu musiqiyə qulaq asanda anam yadıma düşür. Çox pis oluram. İnşallah, mən övladlarıma qovuşaram" əlavə edib.

Qeyd edək ki, Canana müğənninin oğlu Kərimlə ailəlidir. Cütlüyün 3 övladı var. Onlar boşanmaq üçün məhkəməyə müraciət edib. Hazırda övladları Cananadan alınıb və atası ilə qalır.

Paylaş
Xəbər lentİ