Firəngiz Mütəllibova: “Səhnədə opüşüb-qucaqlaşan aktyorları da düşünün...”

Oxunma sayı: 249
15-09-2021, 19:40

Firəngiz Mütəllibova: “Səhnədə opüşüb-qucaqlaşan aktyorları da düşünün...”
"Teatr, səhnə üçün çox darıxıram, ora bizim ikinci evimizdir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artsiti Firəngiz Mütəllibova deyib.

Aktrisa rollarını yuxusunda gördüyünü vurğulayıb:

"Nə vaxt lazım olsa, məsələn, hər hansı bir çarx çəkiliş olanda teatra gedirik, məsafə saxlamaqla səhnədə oluruq. Yaxud da bir sənət götürmək lazım gələndə onu qapıya verirlər, biz də ordan götürüb qayıdırıq, teatra girməyə icazə yoxdur. Səhnəyə çıxanda elə bilirəm dünən düşmüşəm, pandemiyada ayrı qalsam da, səhnə mənə yadlaşmayıb. Heç nə qəribə, yad deyil, sənət insanın içindədir. Belə bir sənət necə yadlaşa bilər? Hər gün obrazlarımla danışıram, söhbətləşirəm. Bir ara teatrdan çıxmışdım, amma yenə də rollarımı yuxumda görürdüm”.

Teatrın açılmamasına gəlincə, aktrisa bu məsələdə təkcə tamaşaçıları yox, səhnədə opüşüb-qucaqlaşan aktyorları da düşünməyin vacibliyini vurğulayb:
"Rəsmi şəkildə teatrların açılması hələ elan olunmayıb. Əgər belə bir məlumat olsa, onu ilk biz bilərik. Görünür, yavaş-yavaş, hissə-hissə açarlar. Digər tərəfdən xəstələnənlərin, rəhmətə gedənlərin sayı da çoxdur. Teatrda qapalı məkandır, kollektiv sənətdir, hərə bir evdən gəlir. Tamaşaçıları ayrı-ayrı otuzdurduq, bəs aktyorlar? Onları neyləyək? Səhnədə bir-birini öpür, qucaqlayır, vuruşurlar. Onların hamısı insandırlar axı”.

Paylaş
Xəbər lentİ