Humanitar Kolleçdə 67 nəfərin işdən çıxarıldığı yalandır.

Oxunma sayı: 364
22-12-2021, 21:21

Humanitar Kolleçdə 67 nəfərin  işdən çıxarıldığı yalandır.
Son günlər gündəmdən düşməyən Humanitar Kolleçdə 67 nəfərin işdən çıxarıldığı,direktor Nərmin Qaralovanın Nazirlikdə çalışan Gülnarə Qaralova ilə qohum olması,bundan əlavə ona Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektorunun dəstəyi məsələsi tamamilə cəfəngiyyatdır.
Arasdırma.infonun müxbiri Ülviyyə Alxasova məsələni araşdırmaq üçün Humanitar Kolleçin bir neçə müəllimi və tələbələrilə görüşüb.
"İşdən azad olunanlar heç də 67 nəfər deyil 9-10 nəfərdir.Hansı ki,müxtəlif qurumlara,eləcə də,bəzi mətbuat orqanlarına yanlış informasiya verməklə sifarişli yazılar verdirirlər.Varsa adlarını desinlər."- Bu sözləri kolleçdə çalışan müəllimlərdən biri deyib.
Bəzi saytlarda qeyd olunan məlumatlar həqiqəti əks etdirmir.Nərmin Qaralova əvvəllər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinində dekan vəzifəsində çalışıb.O, işlədiyi müddətdə tələbələr və müəllim kollektivi arasında savadı və düzgünlüyünə görə hörmət qazanıb.Buna görə də,peşəkar və həqiqi mütəxəssis kimi məhz Humanitar Kolleçə direktor təyin edilib.
Təhsil sistemində aparılan islahatlar,rüşvətin və pullu imtahanların qarşısının alınması üçün məhz köhnə qaydalarla işləyən,qanunsuz işə götürülən bəzi müəllimlər işdən azad edilib.Çünki,yeni qayda qanunlar onlara sərf etmir.
Məlumata görə tələbələr artıq davamiyyətə fikir verməyə və oxumağa başlayıb.Bütün kolleç danışır ki,direktor dəfələrlə xəbərdarlıq edib ki,oxumayan qiymət almayacaq.
Odur ki,bu məsələ gündəmdə qalır və şikayətçilər bütün vasitələrdən istifadə edərək öz işlərinə qayıtmağa çalışır.Lakin ,onlar bilməlidir ki,hamı hər şeyi yaxşı görür və yaxşı bilir.
Əlimizdə olan sənədlərə görə kolleçdə 2019-2020 ci illərdə qanunsuz işə qəbul edilmə və saxta sənədlərlə müəllimlərə dərs saatı artırmaqla büdcədən mənimsənilən külli miqdarda vəsaitə görə cərimələr tətbiq edilməsi faktı da var.Etik qaydalara görə,həmin sənədləri göstərməməyi özümüzə borc bildik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ülviyyə Alxasova

Paylaş
Xəbər lentİ