Arasdirma.info

Bakıda 18 direktor işdən çıxarılıb, daha 13 nəfərin iş yeri dəyişdirilib

16-12-2019, 16:53

Bakıda 18 direktor işdən çıxarılıb, daha 13 nəfərin iş yeri dəyişdirilib
"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinə bu il ərzində 26 nəfər direktor vəzifəsinə işə qəbul edilib".

Arasdırma.info xəbər verir ki, bunu İdarənin müdiri Rəşad Tağıyev deyib.

Onun sözlərinə görə, 13 direktorun iş yeri dəyişdirilib: "111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş hədinə çatmış 30 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb. 18 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib".

R.Tağıyev bildirib ki, bu il müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1099 nəfər namizəd müddətli müqavilə ilə işə qəbul üçün göndərilib: "563 müəllimlə müddətli müqavilə bağlanıb. BŞTİ-nin tabeliyindəki müəssisələrdə çalışmanın yaş həddinə çatmış 1245 işçidən 563 nəfəri ilə dərs ilinin sonunadək müddətli müqavilənin bağlanması məqsədəuyğun hesab edilib".

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
İDMAN