AMEA-nın institut direktoru və Akademiya şəhərciyinin müdiri işdən çıxarılıb

Oxunma sayı: 493
9-01-2020, 16:21

AMEA-nın institut direktoru və Akademiya şəhərciyinin müdiri işdən çıxarılıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru Elman Yusifov vəzifəsindən azad edilib.

Arasdırma.infonun məlumatına görə, bu barədə AMEA Rəyasət Heyətinin yanvarın 9-da keçirilən iclasında qərar qəbul edilib.

Qərarla institutun direktoru vəzifəsinin icrası müvəqqəti olaraq elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Elşad Əhmədova həvalə edilib.

Bundan başqa, Akademiya şəhərciyinin müdiri Bayram Babayev vəzifəsindən azad edilib. İqtisad üzrə fəlsəfə doktoru, dosent Pərviz Həsənov həmin vəzifəyə təyin olunub."Report"

Paylaş
Xəbər lentİ