AZƏRBAYCANDA DƏRSLƏR DAHA 10 GÜN TƏXİRƏ SALINDI - Nazirlər Kabinetinin Sərəncamı

Oxunma sayı: 471
8-03-2020, 00:37

AZƏRBAYCANDA DƏRSLƏR DAHA 10 GÜN TƏXİRƏ SALINDI - Nazirlər Kabinetinin Sərəncamı
Nazirlər Kabinetinin Sərəncamına əsasən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin daha 10 gün təxirə salınmasına dair qərar qəbul edib. Bununla bağlı yayılan məlumatda bildirilir:

"Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Nazirlər Kabinetinin Sərəncamına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır".



Qeyd edək ki, bundan əvvəl hökumətin qərarı ilə dərslər bir həftəlik dayandırılmışdı.
Martın 3-də Nazirlər Kabinetinin yanında operativ qərargahı bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul etmişdi.

Qrarda bildirilirdi ki, koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir: "Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub".

Görünür, ötən müddət ərzində koronavirusun yayılma riskinin aradan qalxmaması məktəblərdə, bağçalarda və universitetlərdə dərslərin təxirə salınmasına dair müddəti, hökumət daha 10 gün artırmağı zəruri sayıb.

Paylaş
Xəbər lentİ