Məktəblərin açılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Oxunma sayı: 473
30-04-2020, 16:41

Məktəblərin açılması ilə bağlı RƏSMİ AÇIQLAMA
İndiki dövrdə ölkədə təhsil müəssisələrinin açılması barədə danışmaq tezdir.

Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib.

Onun sözlərinə görə, təhsil sahəsi ən geniş əhatəli sahə olduğundan karantindən sonra təhsil müəssisələri yəqin ki, ilk açılan sahələrdən olmayacaq: “Əhali də buna çox anlayışlı qarşılamalıdır. Dərs ili ay yarımdan sonra yekunlaşır. Əslində, ümumtəhsil müəssələrində dərslər mayda bitir, iyunda isə şagirdlərin qiymətləndirilməsi aparılır. Hər bir vətəndaş dərslərin nə vaxt başlamasının tarixinin açıqlanmasını istəyir. Bu tarixi demək düzgün olmaz. Bu gün dərslərin başlamağını hamıdan çox biz arzulayırıq”.

M.Vəliyeva bildirib ki, dərs proqramları şagirdlərə çatdırılırsa, dərs ilinin uzadılmasına ehtiyac qalmır: “Yəqin ki, dərs ili vaxtında yekunlaşacaq. Şagirdlərə tədris proqramlarını mənimsətmək üçün canlı olmasa da, virtual şəkildə dərslər keçirilir”. (trend)

Paylaş
Xəbər lentİ