Abel Məhərrəmovun yerinə təyinat - Heç kəsin gözləmədiyi

Oxunma sayı: 685
21-12-2018, 22:47

Abel Məhərrəmovun yerinə təyinat - Heç kəsin gözləmədiyi
Bakı Dövlət Universitetinin (BDU) rektoru səlahiyyətlərini təhsil nazirinin müavini Firudin Qurbanov icra edəcək.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov Modern.az-a təsdiqləyib. Məlumata görə, bu barədə Təhsil naziri Ceyhun Bayramov bu gün əmr imzalayıb.

Firudin Qurbanov BDU-nun icraçı rektoru vəzifəsini daşımaqla yanaşı, Təhsil Nazirliyindəki nazir müavini postunda da qalacaq.

Qeyd edək ki, noyabrın 15-də Abel Məhərrəmov Prezidentin sərəncamı ilə BDU-nun rektoru vəzifəsindən azad edilib. Rektor səlahiyyətlərinin icrası isə 1 ay müddətinə universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilmişdi. Həmin müddət sabah başa çatır.

Firudin Qurbanovun sabah – 22 dekabrda Bakı Dövlət Universitetinin kollektivinə təqdim ediləcəyi gözlənilir.

Paylaş
Xəbər lentİ