Məktəblərin və uşaq bağçalarının açılması müzakirə olunur - RƏSMİ

Oxunma sayı: 931
31-07-2020, 15:43

Məktəblərin və uşaq bağçalarının açılması müzakirə olunur - RƏSMİ
“Məktəblərin və uşaq bağçalarının açılması ilə bağlı məsələlər də hazırda Operativ Qərargah və ÜST-ün missiyası tərəfindən bilikdə müzakirə olunur”.

APA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, bu müzakirələrdə artıq məktəbləri açmış bəzi ölkələrin təcrübələri də müzakirə edilib: “Vətəndaşlarımız üçün ən doğru qərar hansıdırsa, o qərar da qəbul olunacaq. Hər hansı bir qərar edildikdə bu barədə mütləq ictimaiyyətə məlumat veriləcək”

Paylaş
Xəbər lentİ