Təhsil Nazirliyinin bu idarəsi və iki institutu ləğv edildi

Oxunma sayı: 659
17-01-2019, 23:05

Təhsil Nazirliyinin bu idarəsi və iki institutu ləğv edildi
Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı fərmanla Təhsil Nazirliyinin tabeliyindəki Akkreditasiya və Nostrifikasiya İdarəsi ləğv edilib.

Araşdırma.info Axar.aza istinadən xəbər verir ki, idarənin funksiyalarının Nazirliyin Aparatı vasitəsilə həyata keçirilməsinin təmin edilməsi ilə bağlı Nazirlər Kabinetinə 1 ay vaxt verilib.

Sözügedən fərmanla Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun, Azərbaycan Respublikası Təhsil İnstitutunun, İstedadlı Uşaqlarla İş Mərkəzinin və Respublika Elmi-Pedaqoji Kitabxanası vahid qurumda birləşdirilib.

Həmçinin Respublika Bədən Tərbiyəsi Mərkəzi və “Təhsil” Respublika İdman Mərkəzi vahid qurumda birləşdirilib.

Birləşdirmə prosesinin həlli NK-ya həvalə edilib.

Paylaş
Xəbər lentİ