Ya təhsili məhv edir,ya da təhsilə təkan verir.

Oxunma sayı: 388
22-10-2020, 04:41

Ya təhsili məhv edir,ya da təhsilə təkan verir.
Texnologiyadan qorxmağı dayandırmaq və onlayn tədrisə başlamaq lazımdır.
Müasir tədris metodları ya təhsili öldürür, ya da yeni bir təkan verir.
Arasdırma.info xarici mətbuata istinadən xəbər verir ki,məktəblərin yenidən bağlanması valideynlərin narazılığına səbəb olsa da,vacibdir.Hazırda onlayn dərslər önəmli ola bilər.Təhsildə texnologiya sirli bir şeydir. Başqa bir rəqəmsal platformanın məktəbə və ya universitetə ​​daxil olması müəllimlərdən, şagirdlərdən, valideynlərdən və siyasətçilərdən fərqli bir reaksiya doğurur, amma ən əsası, heç kəsi laqeyd qoymur.

Bəziləri texnologiyanın canlı təhsili öldürdüyünə əmindir. Digərləri isə yalnız texnologiyanın təhsili dərin böhrandan çıxara biləcəyini iddia edirlər. Əslində bu gün distant təhsil özünü doğrultmur.Bunu rəy sorğusuna görə demək çətin deyil.
Distant təhsil forması və onlayn dərslər internet üzərindən aparıldığı üçün müəyyən texniki problemlərin və avadanlıq nasazlığı sıxıntılarını da qaçılmaz edir. Sorğu iştirakçılarının yarıdan çoxu - 53,3%-i bu qəbildən olan sıxıntıların çox az olduğunu, 32%-i çox olduğunu, 14,7%-i isə demək olar ki, heç olmadığını qeyd etmişdir.

Onlayn dərslər zamanı fənnin öyrədilməsi və öyrənilməsinin izlənilməsi də vacib şərtlərdən hesab edilir. Bu prosesin öyrənənlərə daha asan və yaxud daha çətin olması sorğusuna respondentlərin 41,7%-i kəskin bir fərq olmadığını, 33,2%-i daha çətin olduğunu və 10,5%-i isə daha asan olduğunu qeyd etmişdir. Çox maraqlıdır ki, 14,6% iştirakçılar bu suala cavab verməkdə çətinlik çəkmişlər. Cavablardan da göründüyü kimi, bu sualda fikirlərin müxtəlifliyi hələ müəyyən təcrübə çatışmazlığı göstəricisi olaraq izah edilə bilər.

Distant təhsil zamanı onlayn dərs prosesində müəllimlərin kameranın arxasında qalması, onların təhsilalanlarla canlı ünsiyyət qura bilməməsi, həmçinin emosiya və duyğuların nisbətən az ötürülməsinin şagirdlərə təsiri necədir, onlarla canlı ünsiyyəti əvəz edirmi? Bu suallara respondentlərin 69,4%-i canlı ünsiyyətə ehtiyac duyduqlarını, 21,6%-i virtual ünsiyyətin yetərli olduğunu, digərləri isə cavab verməkdə çətinlik çəkdiklərini söyləmişlər. Ənənəvi təhsil zamanı qarşılıqlı emosional əlaqənin və duyğuların ötürülməsi onlayn dərslərə nisbətən daha güclü olsa da, bu dərslərin də şagirdlər arasında müəyyən marağa səbəb olduğu, onlarda texnologiya ilə əlaqələndiyi üçün dərslərə daha həvəslə yanaşılması müşahidə edilmişdir.

Onlayn dərs prosesi zamanı təlim nəticələrinin daha effektiv olub-olmaması da əhəmiyyətli məqamlardan biridir. Respondentlərin böyük əksəriyyətinin, yəni 74,3%-nin fikrincə, canlı dərslər zamanı nəticələr daha yaxşı və daha effektiv olur. Onlayn və yaxud da canlı dərs olaraq nəticə əldə etməyin heç bir fərqi olmadığını iştirakçıların 15,5%-i cavablandırmışdır. İştirakçıların 5,7%-i isə, yəni say olaraq təxminən 65 nəfər onlayn dərslərdən əldə olunan nəticəni qənaətbəxş hesab etmişdir. Yerdə qalan faiz (4,5) bu sualı dəyərləndirməyə çətinlik çəkdiklərini söyləmişlər.

Paylaş
Xəbər lentİ