DİQQƏT: Bu şəxslər 3000 manat cərimələnəcək

Oxunma sayı: 416
24-11-2020, 17:10

DİQQƏT: Bu şəxslər 3000 manat cərimələnəcək
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.



Arasdırma.infonun məlumatına görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə aşağıdakı məzmunda 192.12-ci maddə əlavə edilir:



“192.12. Qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə -vəzifəli şəxslər üç min manat məbləğində cərimə edilir.”.



Həmçinin, 599-cu maddənin adında və mətnində “Ali” sözü “Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə, ali” sözləri ilə əvəz edilir.//pravda.az

Paylaş
Xəbər lentİ