Lənkəran təhsili tərəqqidən tənəzzülə doğru

Oxunma sayı: 439
5-04-2021, 14:10

Lənkəran təhsili tərəqqidən tənəzzülə doğru
Bir millət olaraq inkişafımız və gələcəyimiz aldığımız təhsildən asılıdır. Təhsil ocaqlarımızda peşəkar və təcrübəli müəllimlərimizin sayı nə qədər çox olsa, onda davamlı olaraq yeni-yeni uğurlar və nəaliyyətlər əldə olunar. Amma ürək ağrıdıcı bir məqamdır ki, bəzi rayon təhsil şöbələri tərəfindən peşəkar, təcrübəli məktəb direktorlarına və müəllimlərə edilən haqsızlıq təhsilimizi tərəqqiyə deyil, tənəzzülə doğru aparır.

Lənkəran Rayon Təhsil Şöbəsində baş verən bu hallar təhsilimizdə daha acınacaqlı vəziyyətə salıb.

Lənkəran rayonu Velədi kəndinin sakini 1978-ci il təvəllüdlü Orucova İlhamə Fərhad qızı müəllim ailəsində böyümüşdür, ali təhsillidir, ailəlidir, bir övlad anasıdır. Hal-hazırda həmin övladı cəbhə bölgəsində həqiqi hərbi xidmətdədir.

İlhamə müəllimə 2010-cu ilin martından 2020-ci ilin sentyabrınadək Lənkəran rayonundakı Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbində director vəzifəsində çalışıb. İşlədiyi dövrdə vəzifə borcunu və öhdəlikləri layiqincə yerinə yetirib. Onun gərgin əməyi sayəsində ali və orta ixtisas məktəblərinə qəbul olunan məzunların sayı ildən -ilə artmışdır. 2019-cu, 2020-ci tədris ilində məktəbin 23 məzunundan 10-u ali məktəblərə, 6-sı isə orta ixtisas məktəblərə qəbul olunmuşdur.

Onunla birgə çalışan müəllim kollektivi və bununla yanaşı kənd sakinləri bildirirlər ki, bütün bu uğurlu nəaliyyətlərin səbəbkarı şəxsən İlhamə müəllimədir.

İlhamə Orucova əsl Azərbaycan xanımına xas olan bütün insani keyfiyyətlərə malik olmaqla yanaşı, haqsızlığa qarşı cəsarətlə mübarizə aparan ziyalıdır. Onun qanun aliliyinin hədəf seçməsi Lənkəran Rayon Təhsil Şöbəsinin bəzi maddi məsul şəxslərin maraqlarına uyğun gəlmədiyi üçün onu vəzifəsindən kənarlaşdırmaq üçün plan cızıb, vasitələr axtarmağa başlayıblar. Əvvəlcə məktəbdə əsassız olaraq ( güya anonim məktublara əsasən) yoxlamalar keçirilsə də, lakin heç bir qanun pozuntusu aşkarlanmır. Bundan sonra onu tələyə salmaq üçün çox məharətli bir oyun hazırlanır. Heç bir xəbərdarlıq etmədən, İlhamə müəllimin rəhbərlik etdiyi məktəbdə qəfil yoxlama aparmaq üçün Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin əməkdaşları yönləndirilir.

Bu barədə İlhamə Orucova bildirir ki, 21 fevral 2020-ci il tarixində saat 12:00 radələrində Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin 2 əməkdaşı monitorinq aparmaq məqsədi ilə məktəbimizə gəldilər. Onlar əvvəlcə məktəbin iki

müəlliminin, tarix fənnini tədris edən müəllim Qurbanova Elnarə Səxavət qızı və dil-ədəbiyyat fənnini tədris edən müəllim Məhərrəmova Zülalə Əvəz qızının məktəbdə olmamasının səbəbini soruşdular. Bu zaman hər iki müəllimin xəstəlik vərəqələrini onlara təqdim edib izah etdim ki, Gəncə şəhərində Zülalə Məhərrəmova açıq ürək əməliyyatı olduğundan xəstəlik vərəqələrini oradan gətirmişdir, Elnarə Qurbanova isə buronxit asma xəstəsi olduğundan Lənkəran şəhəri nəmişliklə əlaqədar əlverişsiz olduğundan Bakı şəhərində müalicə alır və xəstəlik vərəqələrini Bakı şəhərindən gətirib təqdim edib.

Növbəti məsələ isə şagirdlərin dərs davamiyyəti və dərsdən kənar məşğələlərin keçirilib-keçirilməməsi ilə bağlı idi. Bununla bağlı tam əhatəli olaraq bildirdim ki, 21 fevral beynəlxalq ana-dili günü ilə bağlı məktəbimizin planına uyğun olaraq geniş tədbir hazırlandığı üçün dərsdə iştirak etməli olan şagirdlər tədbirə (şeir söyləmək, səhnəcik hazırlamaq və s.) hazırlaşırlar. Bu tarixə nəzərdə tutulan dərsdən kənar məşqələlər təxirə salınaraq, başqa tarixə keçirilib. Bundan sonra məktəbin nizamnaməsini, tədbirlər planını, iş planını, əmr kitabını dərsdənkənar məşğələlərlə bağlı cədvəl və jurnalları onlara təqdim etdim. Sonra tədbirlə bağlı iştirak etməyən şagirdlərlə və 3 saat dərsdənkənar məşğələnin keçirlməməsi ilə bağlı akt tərtib edildi və izahat verdim.

İki həftə sonra 15 saylı ərazi hesablama mərkəzinin əməkdaşı Fariz Mahmudov mənə bank hesabı təqdim edib bildirdi ki, həmin hesaba 4607 manat cərimə ödəməliyəm. Səbəbini soruşduqda bildirdi ki, 21 fevral tarixindəki, Nazirliyin Daxili Nəzarət Şöbəsinin apardığı monitorinq zamanı 3 saat dərsdənkənar məşğələnin keçirilmədiyi üçün cərimələnmişəm. Bu səbəbdən də, həmin məbləği ödəməliyəm. Mənə qarşı atılan bu addımın qanunsuz və qərəzli olduğunu bildirdikdə o, birmənalı təkidlə bildirdi ki, sən bu məbləği mütləq ödəməlisən. Əks təqdirdə sənin məsələn pedaqoji şuraya qoyular, barəndə prokurorluqda cinayət işi qaldırılar. Bundan sonra Fariz Mahmudov dəfələrlə mənə zəng edib, pulu qısa zamanda ödəməyimi tələb etdi. Mən ehtiyat edərək işgüzar nüfuzuma xələl gəlməməsi və mənə olunan hədələrə son qoyulması üçün məcburiyyət qarşısında qalıb, ayda 375 manat ödəmək şərti ilə bankdan 5000 manat kredit götürüb, deyilən məbləği ödədim.

Dörd aydan sonra Lənkəran Rayon Təhsil Şöbəsinə yeni təyin olunan müdür Ülviyyə Əliyeva məndən məktəb direktoru vəzifəsindən azad olunmağım üçün ərizə verməyimi tələb etdi. Səbəbini soruşduqda bildirdi ki, 21 fevral tarixində nazirliyin daxili nəzarət şöbəsi tərəfindən üzə çıxan nöqsanlara görə işdən kənarlaşdırılmalısan. Mən həmin tarixdə yoxlama zamanı qeyd olunanların tədbirlə əlaqədar olduğu barədə izahat verdiyimi bildirsəm də, o, çox kəskin halda
Lənkəran təhsili tərəqqidən tənəzzülə doğru
bildirdi ki, dövlətə ödədiyin 4607 manat pul nöqsanların olması üçün bir sübutdur. Əgər sənin nöqsanın yox idisə, bəs həmin məbləği nə üçün ödəmisən? Mən Fariz Mahmudov tərəfindən mənə olunan təzyiq nəticəsində pulu ödədiyiimi bildirsəm də, lakin o, dediklərimi qəbul etməyərək, işdən azad olmağım üçün ərizə verməyimi tələb etdi. Məndən ərizə ala bilməyən Ülviyyə Əliyeva, mənimlə bağlanan əmək müqaviləsinin ləğv olunması üçün Azərbaycan Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqının Lənkəran şəhər komitəsinə yazdığı təqdimat əsasında 18 sentyabr 2020-ci il tarixində iclas çağırıldı. Həmkarlaq İttifaqı Lənkəran Komitəsi 10 il müddətində direktor işlədiyim pedeqoji dövrümlə bağlı tam obyektiv araşdırma aparmadan Ülviyyə Əliyevanın sifarişini can başla yerinə yetirərək qanunsuz olaraq, mənimlə bağlanan əmək müqaviləsinin ləğv olunmasına dair qərar qəbul etdi. Həmin qərara əsasən Təhsil Nazirliyinin 22 sentyabr 2020-ci il tarixli K-986 əmri ilə əmək məcəlləsinin 70-ci C bəndinə əsasən əmək müqaviləmə xitam verildi. Hal-hazırda mən 6 saat dərs yükü ilə təmin olunmuşam. 139 manat əmək haqqı alıram. Vəziyyətim çox acınacaqlıdır. Bankdan götürdüyüm krediti ödəyə bilmirəm. Üzləşdiyim haqsızlıqlarla bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinin Humanitar Məsələlərlə üzrə mavini Rasilə Əliyevanın qəbulunda dəfələrlə olsam da, lakin sonuncu dəfə o mənə kömək etmək əvəzinə əsl Azərbaycan ziyalısına yaraşmayan hərəkətlə mənə kobudluq edərək bildirdi ki, sənə heç bir köməklik eləmirəm, hara istətirsən, get şikayət elə.

İlhamə Orucovaya qarşı edilən haqsızlıqlarla bağlı araşdırma aparılarkən, insan varlığını dəhşətə gətirən tük ürpədici faktların şahidi oluruq. Həyatını təhsilə bağlayıb, övladlarımızı cəmiyyətə layiqli bir fərd kimi yetişməsi üçün var qüvvəsi ilə çalışan, onu tanıyanlar üçün örnək olan, həm fədakar müəllim, həm ana olan ziyalı bir Azərbaycan xanımımız Lənkəran RayonTəhsil Şöbəsi tərəfindən maddi və mənəvi işgəncələrə qaldığı halda, ən dəhşətlisi odur ki, istər pedeqoji şura, istərsə də, onu tanıyan müəllim kollektivləri bütün bu haqsızlıqları görsələr də, susub və etirazını bildirmirlər. Ama onlar fikirləşmirlər ki, bu susmağın axırı, övladlarımızın gələcəyi üçün dərin bir uçurumdur. Artıq peşəkar məktəb direktorlarının işindən kənarlaşdırılması ilə yanaşı, zəngin pedeqoji təcrübəsi olan müəllimlərin diaqnostik qiymətləndirməni bəhanə edib, dərs saatlarının ixtisara salınması, onların yerlərinin hansısa maraq xatirinə başqa müəllimlərə verilməsi ənənəvi hal almışdır. Bunu da xüsusi ilə qeyd etmək lazımdır ki, onların yerinə gəlmiş müəllimlər qat-qat təcrübəsiz və qeyri peşəkardır. Bu bir dəhşətdir və gələcək nəslimiz üçün bir faciədir. Amma biz hələ susuruq, dinməyirik. Bu yerdə rəhmətlik Mirzə Ələkbər Sabir yada düşür:
Lənkəran təhsili tərəqqidən tənəzzülə doğru
Kim nə deyər bizdə olan qeyrətə?!

Qeyrətimiz bəlli bütün millətə!...

Biz qoca qafqazlı igid ərlərik,

Cümlə hünərmərdlərik, nərlərik.

İş görəcək yerdə söz əzbərlərik.

Aşiqik ancaq quru, boş sözlərə,

Kim nə deyər bizdə olan qeyrətə.

Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsi Lənkəran rayonundakı məktəblərdə monitorinq aparmaq üçün gəlməsi barədə Lənkəran Rayon Təhsil Şöbəsi pedaqoji şura çağırıb açıqlama verməməsi bir çox məqamlara aydınlıq gətirir. İlhamə Orucova ilə yanaşı işindən kənarlaşdırılan digər məktəb direktorların dediklərindən belə nətiəcəyə gəlmək olar ki, Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin əməkdaşlarının yoxlama keçirməsi ilə bağlı pedaqoji şurada bu şəxsləri məlumatlandırmadan, onların director olduğu məktəblərdə qəfil yoxlamalar keçirilməsi düşünülmüş və planlı halda həyata keçirilmişdir.

İndi isə İlhamə Orucovanın heç bir hüquqi əsas olmadan ödədiyi 4607 manat pulun ödənilməsi ilə bağlı bir neçə məqamları nəzərdən keçirək:

1. Əvvəlcə Təhsil Nazirliyi Daxili Nəzarət Şöbəsi 21 fevral 2020-ci il tarixində Yuxarı Nüvədi kənd tam orta məktəbində monitorinq apararkən yalnız həmin gün 3 saat dərsdən kənar məşqələnin keçirilməməsi ilə bağlı araşdırma aparmışdır. Araşdırma zamanı yuxarıda qeyd etdiyimiz kimi, həmin saatların keçirilməməsinin izahı verilmişdir. Bundan sonra sentyabr ayından tam həmin tarixədək dərsdən kənar məşqələlərin keçirilməsi ilə bağlı bütün cədvəl və jurnallar təqdim olunmuşdur. Digər bir tərəfdən də, sözügedən məbləği İlhamə Orucova özü mənimsəməyib. Dərsdə iştirak edən müəllimlər maaş kimi həmin pulları alıblar. Bütün bunlarla yanaşı, Daxili Nəzarət Şöbəsi sözügedən məbləğlə bağlı əhatəli araşdırma apardıqdan sonra məsələyə tam aydınlıq gətirmək üçün kənar mütəxəssislər cəlb edib, nəticə hasil olduqdan sonra, yəni həmin məbləği İlhamə Orucovanın mənimsədiyi barədə əldə rəsmi bir sənəd olduqdan sonra, Fariz Mahmudov tərəfindən həmin məbləğ tələb oluna bilərdi.Çox maraqlıdır, İlhamə Orucovanın maddi və mənəvi təzyiqə məruz qoymaq kimin marağındadır? Görəsən, bu sifarişi kim vermişdir? Yəqin ki, biraz dərsin düşüncəyə dalsaq,

bu sualın cavabını özümüz də tapa bilərik. Bəlkə də, Lənkəran Rayon Təhsil Şöbəsi hansısa boşluqları doldurmaq üçün director dəyişmə oynunu həyata keçirib. Amma bunu da xüsusilə qeyd etməliyik ki, Lənkəran rayon ictimaiyyəti yaxşı bilir ki, məktəb direktorları hansı formada təyin olunur. Qaldı İlhamə Orucova ilə bağlı Həmkarlar İttifaqının Lənkəran Komitəsinin verdiyi qərarı isə tam qərəzli və əqlə sığmıyandır. Çünkü, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işə götürən tərəfindən ləğvi əsasları göstərilmişdir. Həmin maddənin C bəndinə görə işçi özünün əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda Əmək Məcəlləsi tələbi ləğv oluna bilər. Qeyd olunan 72-ci maddənin “ə” bəndində görünür ki, əmək funksiyasını pozduğuna görə əvvəllər işə götürən tərəfindən verilmiş intizam tənbehindən 6 ay ərzində təkrarən əmək funksiyasının pozulması, əmək vəzifələrin kobud şəkildə pozulması hallarından biridir. Qanunvericiliyin yanaşması kifayət qədər aydındır. Yuxarıda qeyd olunan maddələrin məzmunu işçi bir başa yox, təkrarən yol verdiyi nöqsanla bağlı işdən azad etməyi ehtiva edir.

2. İlhamə Orucovaya əvvəlki tarixlərdə heç bir töhmətin verilməməsi, iltizam məsuliyyətlərinə cəlb olunmaması, hətta ona şifahi və yazılı xəbərdarlıq belə edilməməsi ona dəlalət edir ki, o, qüsursuz fəaliyyət göstərmiş, əmək funksiyasını əvvəlcədən pozmamışdır. Bu baxımından belə bir nəticəyə gəlmək olur ki, bütün bu sadalananlar İlhamə Orucova ilə bağlı çıxarılan qərarın qeyri obyektiv olmasına dəlalətdir.

Lənkəran Rayon Təhsil Şöbəsi əmək qanunvericiliyinin mühüm prinsiplərinin və normalarının tətbiqini şərtləndirən həmin xüsusiyyətlərə düzgün hüquqi qiymət verməmişdir. Ona tənbeh verilməsi üçün heç bir əsas olmadığı halda barəsində ən ağır tənbeh növünün verilməsi açıq-aşkar qərəzlidir. Bu dərəcədə kəskin yanaşma işçiyə bir başa ağır intizam tənbehi ona münasibətdə hər bir halda ədalətsizlikdir. Onun hazırki mövcud maddi durumuna nəzər yetirdikdə insan varlığı dəhşətə gəlir. Məktəbdə xadimə işləyənin maaşı 250 manat olduğu halda, amma ali təhsilli, yüksək pedeqoji təcrübəyə malik bir müəllimin maaşı isə 139 manatdır. Lənkəran Rayon Təhsil Şöbəsi xatırlamalıdır ki, minimum əmək haqqı 139 manat deyil, 250 manatdan çoxdur. Budurmu xalq müəllimimizə verdiyimiz dəyər? Bəs hazırki vəziyyətdə ona ödətdirilən 4607 manat pulun talehi necə olacaq? Hazırda müəllimə həmin pulu banka ödəyə bilmir. Bəs buna məsuliyyəti kim daşıyır? İlhamə Orucova baş verən bu haqsızlıqlara görə, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə prossesi zamanı hakim mülki

prosessual məcəlləsinin müvafiq maddələrinə əsasən tam obyektiv araşdırma aparmadan, İlham Orucovanın məhkəməyə təqdim etdiyi sənədlərdəki faktları nəzərə almadan, bitərəfli mövqe tutaraq rədd etmişdir. Hazırda iş Bakı Şəhər Apelyasiya Məhkəməsindədir. Ümid edirik ki, haqq- ədalət qalib gələr, məhkəmə ədalətli qərarını verər.
Zahid Səmədov
Qar.ı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Paylaş
Xəbər lentİ