Bu müəllimlərə məhdudiyyət tətbiq olunacaq

Oxunma sayı: 274
17-09-2021, 02:13

Bu müəllimlərə məhdudiyyət tətbiq olunacaq
Müəllimlərə məhdudiyyətin qoyulması heç bir bəhanəsi olmadan vaksinasiyadan imtina edənlərlə bağlı olacaq.

Arasdırma.info Trend-ə istinadən xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Mehriban Vəliyeva məlumat verib.

O bildirib ki, əgər kiminsə, əks-göstəriş sertifikatı varsa, o, tədrisdə sərbəst iştirak edə biləcək:

"Lakin səhhətində problem varsa, onların sağlamlıqları üçün özlərinin razılığı ilə müəyyən məhdudiyyətlər olacaq. Hər üç sertifikatın sahibləri əyani tədrisdə iştirak edə bilərlər".

Paylaş
Xəbər lentİ