Azərbaycanda maska tələbi ləğv edildi - Rəsmi

Oxunma sayı: 258
22-04-2022, 22:51

Azərbaycanda maska tələbi ləğv edildi - Rəsmi
Azərbaycanda mayın 1-dən maska tələbi ləğv edilir.
Arasdırma.info xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti müvafiq qərar verib.
Qərara əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.
Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.//bakupost

Paylaş
Xəbər lentİ