Humanitar kolleçdən şikayət edənlərin iç üzü açılır.Korrupsiya faktı...

Oxunma sayı: 277
6-12-2021, 20:20

Humanitar kolleçdən şikayət edənlərin iç üzü açılır.Korrupsiya faktı...
Ötən gün mətbuat səhifələrində Humanitar Kollecdə çalışmış vəzifəli şəxsin Korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verməsi ilə bağlı cinayət işinin başlaması faktı qeyd olunub.
Arasdırma.info xəbər verir ki,bu faktlar onu deməyə əsas verir ki,həqiqətən də Humanitar Kolleçdə aparılan islahatlar və işdən azad olunmalar düzgün aparılır.Bəzi məlumatlarda qeyd olunurdu ki,Kolleçdən 67 nəfər işdən azad olunub.Əslində araşdırma zamanı məlum oldu ki,işdən çıxarılan 10-12 nəfərdir.Onlara da,ixtisasu uyğun olmadığı üçün başqa iş təklif olunub.Lakin şikayət edənlər başqa işə keçməkdən imtina ediblər.
Barəsində cinayətişi açılan şöbə müdirinin əməllərinin Kolleçə birbaşa dəxli olmasa da,şikayətçilərdən biri də odur.
Məlumata görə, 2019-2020ci illərdə qanunsuz olaraq xeyli adam işə qəbul olunub..Kitabxanaçı dalandar vəzifəsində,şöbə müdiri xadimə vəzifəsində,müəllim mühafizəçi vəzifəsində qeyd olunub və onlara büdcədən əmək haqqı yazılıb.
Xatırladırıq ki,Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən verilən məlumata görə, müəyyən olunub ki, Gülnarə İsgəndərova 2017-ci ildə müvafiq vəzifəyə təyin edilib işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Tibb Universitetinin bir neçə əməkdaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə ümumilikdə 21 nəfərdən Azərbaycan Dövlət Tibb Universitetində müxtəlif yardımçı vəzifələrə düzəltmək adı ilə 126 500 manat məbləği ələ keçirərək vətəndaşlara qarşı dələduzluq edərək rüşvət verməyə təhrik edib, vətəndaşların universitetdə müxtəlif vəzifələrə işə düzəlmələrinə dair Azərbaycan Tibb Universiteti adından saxta əmrlər hazırlayıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Humanitar kolleçdən şikayət edənlərin iç üzü açılır.Korrupsiya faktı...

Paylaş
Xəbər lentİ