Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə bağlı valideynlər arasındakı mübahisələrə dair vahid məhkəmə təcrübəsi formalaşdırıldı

Oxunma sayı: 230
24-12-2021, 18:45

Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə bağlı valideynlər arasındakı mübahisələrə dair vahid məhkəmə təcrübəsi formalaşdırıldı
Bu gün Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenum iclası keçirilib.

Arasdırma.info xəbər verir ki, Plenum iclasında Azərbaycan Respublikasının rayon (şəhər) məhkəmələrində 2017, 2018-ci illərdə və 2019-cu ilin birinci yarimilində uşaqların ölkədən getməsinə icazə verilməsi ilə əlaqədar valideynlər arasında mübahisələrlə bağlı işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin tətbiqi təcrübəsi ilə bağlı keçirilmiş ümumiləşdirmənin nəticələri geniş müzakirə olunmuş və təhlillər aparılıb.

Qeyd edilib ki, aparılmış ümumiləşdirmənin nəticələri həmin illərdə uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə məhkəmələr tərəfindən qüvvədə olan qanunvericiliyin tətbiqi üzrə bir-birindən fərqlənən yanaşmaların sərgiləndiyi müəyyən edilib, bu kateqoriya işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması zərurətini üzə çıxarıb.

Bu baxımdan məhkəmələr tərəfindən uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələrin həlli zamanı qanunvericiliyin düzgün tətbiq edilməsi, habelə bu kateqoriya işlər üzrə hüquqi yanaşmanın sabitliyinin təmin edilməsi məqsədi ilə uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi geniş müzakirə edilərək müvafiq qərar qəbul edilib.

Qərar yaxın vaxtlarda dərc olunacaq.

Paylaş
Xəbər lentİ