Afaq Bəşirqızı xalqa müraciət etdi...

Oxunma sayı: 233
31-12-2021, 18:39

Afaq Bəşirqızı xalqa müraciət etdi...
Xalq artisti Afaq Bəşirqızı Moderator.az vasitəsi ilə xalqa müraciət edib:

"2021-ci il yaddaşımda qələbə ili kimi qaldı. Bu il xatirimdə şəhidlərimizin, qazilərimizin ili kimi qaldı. 30 illik vətən, torpaq həsrətinə son qoyuldu. Bu müharibədə şəhid olan hər bir şəhidin ruhu qarşısında baş əyirəm. Qazilərimizə can sağlığı arzu edirəm. Vətəndaşlarımızın qazilərimizin qeydinə qalmasını istəyirəm. Onlar ağır müharibə keçiblər, onların qeydinə qalmaq lazımdır. İndi hər bir şey onların xətrinə dəyir. Ona görə də çox xahiş edirəm sizdən, onların qeydinə qalın. Onların nə isə tələb etməsi sizə özündən razılıq, müştəbehlik kimi gəlməsin. Onlar nə istəsə azdır. Onlar artıq qazi adını qazanıblar. Onların yeni ildə istəkləri həyata keçsin.

Mən yeni ili Mart ayında qeyd edirəm. Madam ki, el bu gün edir dünya azərbaycanlılarının həmrəylik günüdür, çox istərdim ki, bizim azərbaycanlılar dinlərini danmasınlar. Çətin günlərdə vətəni tərk edərək düşmənə fitva verməsinlər. Azərbaycan dövlətçiliyini qorumaq hamımızın borcudur. Vətənsizlik ən böyük bədbəxtlikdir. Bunu heç kimə arzulamıram. Bir daha bütün Azərərbaycan xalqını təbrik edirəm".

Paylaş
Xəbər lentİ