Nizami Rayon Mühafizə İdarəsinin rəis müavini, polkovnik-leytenant Elşad Rəcəbov qəfildən vəfat edib.
Arasdırma.info"bakupost.az"a istinadla xəbər verir ki, hadisə bu gün səhər baş verib.
Məlumatda bildirilir ki, 45 yaşlı polkovnik-leytenant bu gün səhər tezdən özünü pis hiss etdiyi üçün həkim müayinəsinə gedib və orada da dünyasını dəyişib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, dekabrın 27-də Nizami Rayon Polis İdarəsinin daha bir əməkdaşı qəfildən vəfat edib.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70