Son günlər.bayram qabağı və bayramdan sonra marketlərdə alıcıların aldadıldığının ,eləcə də kassada söz söhbətin olduğunu müşahidə edirik.
Arasdırma.info olaraq bir neçə Yasamal sakinindən məsələ ilə bağlı açıqlama vermələrini xahiş etdik.
Vətəndaş Elnarə Mehtiyeva qeyd etdi ki,Yasamal BazarStore marketdən bazarlıq edib,12.75 AZN olduğu halda ondan 21.75 pul tutulub.Sonradan qəbzi gətirib ,uzun mübahisədən sonra 9 manatı geri alıb.Üzrxahlıq edilib və səhv olduğu bildirilib.
"Elnarə xanım əlavə etdi ki,"Başa düşdük,niyə məhz həmişə artıq pul çıxılır,bircə dəfə də az çıxılsın.Səhvən.Yoxdur belə bir şey,,vətəndaşların ciblərinə girilir.Kim kimi aldatdı...Buna nəzarət edən yoxdur.Hər gün eyni şeylə rastlaşərıq."
Digər Araz Market adıyla fəaliyyət göstərən keçmiş Etalon Marketdə vəziyyət daha gülməlidir.Bina sakini Şərqi İbadov qeyd edir ki,bir çörək və 10 ədəd yumurta alıb,2.20 AZN olduğu halda ondan 3.50 AZN alınıb.Vətəndaş həmən kassadan ayrılmadan iradını bildirib.Səhv olduğunu bildirərək 1.30 manatı geri qaytarıblar.
Digər məsələ OBA Marketlərə aiddir.Burada əməkdaşımız şəxsən özü aldandığını bildirir.Belə ki,endirimli qiymətlərlə bazarlıq edib və kassada ondan xeyli əlavə pul tutulub.Saoruşanda deyiblər ki,endirim qutarıbartıq yeni qiymətlərlə satış edirik.
Belədirsə,endirim qiymətləri niyə götürülmür.?
Odur ki,əhaliyə müraciət edirik ki,diqqətli olsunlar.Kassalarda müştərilərin cibinə girilir.Qəbzi mütləq götürün və qiymətlərə fikir verin.
Məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət göndərəcəyik.Bayram günlərinə düşdüyündən müəssisələrlə əlaqə saxlaya bilmədik.
Arasdırma davam edir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70