Ötən gün sosial şəbəkədə fotosu yayılan və geniş müzakirə olunan şəxsin kimliyi məlum olub.
Arasdırma.info xəbər verir ki, 57 yaşlı Vyaçeslav MTV-də yayımlanan "Tarixin bir anı" verilişində qonaq olub.
O sosial şəbəkədə yayılan fotosundan danışıb: "Fotonun nə vaxt və kim tərəfindən çəkildiyini bilmirəm. 57 yaşım var, uzun illərdir ki, bu işlə məşğulam. Halal zəhmətimlə pul qazanıram, əvvəllər Bulvarda fotoqraf olmuşam. Fürsətdən istifadə edib hər kəsin bayramını təbrik edirəm".
Vyaçeslav deyib ki, günə 50-100 manat arası pul qazanır.
Verilişdə Tarix Əliyev həmin şəxsə 500 manat hədiyyə edib.//sfera.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70