2022-ci il yanvarın 1-dək Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində müəyyənləşdirilən istisnalar nəzərə alınmaqla, pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmaları məcburi olaraq nəzarət-kassa aparatları ilə həyata keçirilirdi.
Vergi Məcəlləsinə edilən son dəyişikliklərlə bu siyahı genişləndirilib.
Arasdırma.info Dövlət Vergi Xidmətinə istinadla bildirir ki, mövzuya iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirib.
Ekspert qeyd edib ki, 2022-ci il yanvarın 1-dən Vergi Məcəlləsində müəyyənləşdirilən istisnalar nəzərə alınmaqla, pərakəndə ticarət fəaliyyəti, ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergiödəyiciləri, mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər mütləq olaraq pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları ilə həyata keçirməlidirlər.
Göründüyü kimi, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər də 2022-ci il yanvarın 1-dən nəzarət-kassa aparatları tətbiq edəcək.
A.Bayramov əlavə edib ki, nəzarət-kassa aparatı tətbiq edən vergiödəyiciləri təqdim etdikləri mala (iş, xidmətə) görə ödənişi POS terminalla aldığı halda da qarşı tərəfə nəzarət-kassa aparatının çekini təqdim etməlidirlər.//sfera
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70