Azərbaycanda məhbuslar vəkilləri vasitəsilə virusa yoluxub? - AÇIQLAMA

Oxunma sayı: 276
16-01-2022, 02:58

Azərbaycanda məhbuslar vəkilləri vasitəsilə virusa yoluxub? - AÇIQLAMA
“Məhbusların vəkilləri vasitəsilə virusa yoluxma hallarına rast gəlməmişəm”. Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

A. Bağırov bildirib ki, hətta belə hal olubsa belə, VKRH-nə bu barədə heç vaxt və heç bir qurumdan təqdiqlənmiş rəsmi məlumat daxil olmayıb: Öz təşəbbüsümüzlə apardığımız araşdırmalarımız həmçinin bu cür şaiyələri təsdiq etməyib. Hər kəsdən yoxlanılmamış və təsdiqini tapmayan məlumatları paylaşmamağə xahiş edirəm. Vəkillərin tam əksəriyyəti vaksinasiyadan keçib və müvafiq sertifikata malikdirlər. Bundan ötrü ölkəmizdə bütün şərait yaradılmışdır, zəruri tədbirlər vaxtında görülmüşdür. Vəkillər başqa sahələrdə fəaliyyət göstərən hüquqşünaslardan heç də az məsuliyyətli insanlar deyildir. Hər kəsdən vəkilliyə və vəkillərə qarşı hörmətlə yanaşmağı, vəkillər barədə publik qaydada işlətdikləri ifadələrdə formal mülahizələrdən çəkinməyə çağırıram”.

Paylaş
Xəbər lentİ