İşğaldan azad olunan torpaqlara səfərlərin təşkil edilməsi məqsədilə yaradılan www.yolumuzqarabaga.az portalı texniki olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən istifadəyə verilib.
Yeniavaz.com xəbər verir ki, portalın məqsədi səfərlər üçün bilet alışının asanlaşdırılması, vətəndaşların səfərlərinin rahat və təhlükəsiz şəkildə həyata keçirilməsidir.
İşğaldan azad olunan torpaqlara səfərlərin təşkil edilməsi məqsədilə yaradılan www.yolumuzqarabaga.az portalı texniki olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən istifadəyə verilib.
Arasdırma.info“Qafqazinfo” xəbər verir ki, portalın məqsədi səfərlər üçün bilet alışının asanlaşdırılması, vətəndaşların səfərlərinin rahat və təhlükəsiz şəkildə həyata keçirilməsidir.
Vətəndaşın aldığı bilet haqqında məlumat onun şəxsi kabinetində görünəcək. Həmçinin bilet haqqında məlumat portalda qeyd edilən mobil nömrəyə SMS-lə göndərilir. Biletinin pdf forması isə vətəndaşın portalda qeyd etdiyi e-mail ünvanına göndərilir.
Biletin üzərində QR kod yerləşdirilib. QR kod vasitəsilə vətəndaşın aidiyyati məntəqələrdə biletinin yoxlanışı daha operativ şəkildə həyata keçiriləcək.
Səfərlər yalnız COVID-19 pasportlarına (vaksin, immunitet və ya əks göstəriş sertifikatları) malik vətəndaşlar üçün mümkün olacaq. Habelə səfərlər Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, şəhid ailələrinin üzvləri, həmçinin Qarabağ müharibəsi əlilləri üçün ödənişsiz olacaq. Bu istiqamətdə yoxlamalar vətəndaşların rahatlığı üçün elə sistem üzərindən real vaxt rejimində yoxlanacaq.
Yoxlama www.yolumuzqarabaga.az portalına aidiyyati qurumların sistemlərinin inteqrasiya olunması sayəsində baş tutacaq, beləliklə vətəndaşlar bu istiqamətdə əlavə yoxlamalardan azad olacaqlar.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70