Məktəb direktoru aradan çıxdı,məhkəmə dayandırıldı.

Oxunma sayı: 237
27-01-2022, 21:30

Məktəb direktoru aradan çıxdı,məhkəmə dayandırıldı.
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) rüşvət almaqda təqsirləndirilən sabiq məktəb direktoru Cavad Səfərovun barəsində axtarış elan edib.

Arasdırma.info xəbər verir ki,bu barədə "Report"a hüquq-mühafizə orqanlarından məlumat verilib.

O, Azərbaycan Cinayət Məcəlləsinin 311.3.3-cü (Külli miqdarda rüşvət alma) maddəsi ilə axtarışa verilib.

Qeyd edək ki, vətəndaş Ruxsarə Babayeva Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmiş C.Səfərov barədə hüquq mühafizə orqanlarına müraciət edib. O bildirib ki, C.Səfərov məktəbə işə düzəlmək üçün ondan rüşvət alıb. Məktəb direktoru bu müraciət əsasında saxlanılıb.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırma zamanı C.Səfərovun əvvəllər direktor vəzifəsini icra etdiyi 22 saylı tam orta məktəbin təsərrüfat işləri üzrə müdiri vəzifəsinə təyin edilməsi ilə bağlı ona müraciət edən tanışı R.Babayevadan xidməti otağında 6 000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsinə və həmin məbləğin 5 500 manatını almaqla xadimə vəzifəsinə təyin edib faktiki olaraq təsərrüfat işləri üzrə müdir vəzifəsini icra etməsinə qanunsuz olaraq şərait yaratmasına əsaslı şübhələr müəyyən edilib.

Daha sonra onun barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

C.Səfərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim İradə Həsənzadənin icraatına verilib. Lakin o, məhkəmə proseslərinə gəlməyib və barəsində axtarış qərarı çıxarılıb. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işinin icraatı dayandırılıb.

Paylaş
Xəbər lentİ