Bazarstore da yeni fırıldaq...

Oxunma sayı: 159
1-02-2022, 18:22

Bazarstore da yeni fırıldaq...
İri supermarketlərin bir biriylə rəqabət aparması,yeni endirim kampaniyaları insanları çaş baş salıb.Sanki güclü endirimlər var.
Arasdırma.info apardığı araşdırmalara əsasən bildirir ki,bu heç də vətəndaşların düşündüyü kimi deyil.Əlbəttə bu sadə vətəndaşa hesablanıb.3-40 adda məhsul istehlak tarixinin bitməsinə qədər satılması şübhə doğurursa,həmin malları firma və şirkətlər marketlərə ucuz qiymətə verirlər.Lakin marketlər bundan istifadə edərək marketi yaxşı reklam edərək çoxlu müştəri cəlb edir.
Yasamal rayonunda MİDA sosial evlərin yanında yerləşən Bazarstoredən alış veriş etdik.Əvvəla endirimdə olan,yəni bir alana 3-cisi 1 manata olan məhsullardan götürdük.
Təxminən 40-50 AZN dəyərində mal almaq istədik.
İlk olaraq qeyd edək ki,bəzi məhsulların qiyməti üstündə və piştaxtada yox idi.Vətəndaşların diqqətinə çatdırmaq istəyirik ki,qiymətin olmaması bilin ki,aldanmaqdır.Yəni baha qiymətəolduğundan qəsdən qiymət vurulmur.
Digər hal isə piştaxtada olan qiymətlə kassadakı arasında fərq var.
Digər mədsələ ondan ibarətdir ki,endirimə düşən mal əgər 3 AZN dirsə,onun üzərinə 70-80 qəpik əlavə edib,ikinci məhsulu 1 manata qoyublarsa,deməli siz iki eyni adlı məhsula 4.80 AZN verəcəksiz.Bunu da ikiyə böləndə aldığınız məhsul sizə 2.40 AZN-ə başa gələcək.
Əsas odur ki,kassada bildirirlər ki,ikinci məhsul keçmir .nə edək?Siz də lazım olduğundan deyirsiz qalsın.2 eyni adda məhsul aldız,baha qiymətə və aldandınız.
Sonda əlavə edək ki,ümumi alınan malın qiyməti 46 AZN tutubsa,kassadan verilən qəbzdə endirimə baxandaadamı gülmək tutur.Cəmi 2.10 AZN.
fırıldağın yekəsi olmur ki,46 AZN qarşılığında cəmi 2.1 qənaət etdik.Əslində baha qiymətə sırışdırılan məhsulu da saysaq,heç bir endirimdən söhbət gedə bilməz.Odur ki,diqqətli olun.haqqınızı tələb edin,marketlərin bu oyununa aldanmayın.
Qarşı tərəfin fikirlərini qeyd etməyə hazırıq.

Paylaş
Xəbər lentİ