Gürcüstana gəlmək istəyənlərə ŞAD XƏBƏR

Oxunma sayı: 152
24-02-2022, 00:05

Gürcüstana gəlmək istəyənlərə ŞAD XƏBƏR
Koordinasiya Şurasının qərarına əsasən, martın 1-dən tam peyvənd olunmuş və ya 72 saatlıq “PCR” testinin mənfi cavabı olan bütün əcnəbi vətəndaşların Gürcüstana hava, quru və dəniz yolu ilə daxil olmaq hüququ var.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Martın 1-dən hava, quru və dəniz yolu ilə ölkəyə daxil olan bütün xarici vətəndaşlar/rezidentlər tam peyvənd olunmuş olmalıdırlar; Peyvənd olunmadıqları təqdirdə isə 72 saatlıq “PCR” testin mənfi cavabını təqdim etməlidir ", - məlumatda qeyd olunur.

Eyni zamanda, Koordinasiya Şurasının qərarına əsasən, Gürcüstan vətəndaşları “PCR” testi ilə ölkəyə daxil olduğu təqdirdə, üçüncü gün “PCR” testindən keçmək öhdəliyindən azad edilir. Özünü təcrid isə 8 gündən 5 günə endirilib.

“Reqlamentlərin yüngülləşdirilməsi ilə əlaqədar olaraq biznes müraciətləri, “Gürcüstandan işlə” və tələbə müraciətləri ləğv ediləcək”, - məlumatda deyilir.

Paylaş
Xəbər lentİ