Şəhid ailəsinin pay torpaqları əllərindən alınıb.

Oxunma sayı: 365
4-04-2022, 03:03

Şəhid ailəsinin  pay torpaqları  əllərindən  alınıb.
Son vaxtlar regionlarda vətəndaşlara qarşı xoşagəlməz hadisələr baş verir.Belə ki,Tovuz rayonunda Şəhid ailəsinin torpaqları əlindən alınıb.
Arasdırma.info xəbər verir ki,redaksiyamıza müraciət edən Tovuz rayon sakinləri Sadıqova Kifayət Əli qızı,Sadıqov Rəşad Nurəddin oğlu və Sadıqova Aliyə Nurəddin qızına məxsus olan Tovuz rayonu Alakol kəndində yerləşən və rəsmi sənədlərlə onların mülkiyyəti sayılan 0.38 ha torpaq sahəsi “Haça-Qaya-1”kiçik müəssisəsi tərəfindən zəbt edilmişdir.Hazırda həmin ərazi onlar tərəfindən istifadə olunur.
Qeyd etmək lazımdır ki,haqsızlığa məruz qalan 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Şəhid Polis leytenantı Nurəddin Oruc oğlu Sadıqovun ailəsidir.
Dövlət başçısının,eləcə də Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğı hamıya bəllidir.
Lakin şəhid ailəsinə qarşı haqsızlıq nəinki,yerli İcra Hakimiyyəti tərəfindən,həm də, Məhkəmə orqanları tərəfindən edilir.
08 fevral 1999-cu ildə 30 saylı qərarla Tovuz rayon Aqrar İslahat Komissiyası tərəfindən şəhid ailəsinə verilən torpağa köhnə tarixlə ,yəni 08 noyabr 1996-cı il 580 saylı saxta sənəd düzəldib və pay torpaqlarının onlara məxsus olduğunu iddia edirlər.
Şəhid ailəsinin  pay torpaqları  əllərindən  alınıb.
Şəhid ailəsi haqlı olaraq torpaqların onlara qaytarılması iddiası ilə Məhkəməyə müraciət edib. Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən iddia təmin edilməyib.Bir neçə ildir ki,davam edən Məhkəmə çəkişmələri zamanı qanun və ədalət yaddan çıxıb.Daha sonra Məhkəmə qərarından Apelyasiya şikayəti verilib.Lakin,şikayət təmin edilməyib.Hazırda iş Ali Məhkəməyə qədər gedib çıxıb.
Şikayətçi,şəhid ailəsi müxtəlif Dövlət qurumlarına,eləcə də,Prezidentə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb və qərarın düzgün verilməsini və haqq-ədalətin bərpa olunmasını xahiş etmişdir.
Ümid edirik ki,Ali Məhkəmə məsələyə obyektiv baxacaq və düzgün qərar qəbul ediləcək.

Şəhid ailəsinin  pay torpaqları  əllərindən  alınıb.
Şəhid ailəsinin  pay torpaqları  əllərindən  alınıb.
Şəhid ailəsinin  pay torpaqları  əllərindən  alınıb.

Paylaş
Xəbər lentİ