Əməkdar memarın ölkədən çıxışı qadağan olundu

Oxunma sayı: 163
9-04-2022, 16:29

Əməkdar memarın ölkədən çıxışı qadağan olundu
Azərbaycanın Əməkdar memarı Afis (Hafiz) Əmirxanovun ölkə hüdudlarından kənara çıxması məhdudlaşdırılıb.
Arasdırma.info xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, dövlətə olan vergi borcunu ödəmədiyi üçün məhkəməyə verilib. Dövlət Vergi Xidmətinin Bakı Kommersiya Məhkəməsində A.Əmirxanova qarşı qaldırdığı iddia təmin olunub.
Məlum olub ki, memarın Dövlət Sosial Müdafiə Fonduna borcu var.
Qeyd edək ki, A.Əmirxanov Əməkdar memar və Prezident təqaüdçüsüdür. O, vaxtilə Memarlar İttifaqının I vitse-prezidenti olub.

Paylaş
Xəbər lentİ