Azərbaycanda bu xidmət haqqı LƏĞV EDİLDİ - YENİ QƏRAR

Oxunma sayı: 151
13-04-2022, 23:56

Azərbaycanda bu xidmət haqqı LƏĞV EDİLDİ - YENİ QƏRAR
Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda mühüm iqtisadi vasitə sayılan “İcazə” blankları üçün nəzərdə tutulan xidmət haqqı ləğv edilib.

Arasdırma.info xəbər verir ki, bu blankların alınması zamanı Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasına (ABADA) xidmət haqqı ödənilirdi.

Amma aprel ayından ABADA bu ödənişi daşıyıcı şirkətlərdən almır.

ABADA-dan bu qərarın daşıyıcıların mövcud vəziyyəti nəzərə alınaraq qəbul edildiyi bildirilib.//gundem.az

Paylaş
Xəbər lentİ