Azərbaycanın quru yolları nə vaxt açılacaq? - AÇIQLAMA

Oxunma sayı: 170
15-04-2022, 00:50

Azərbaycanın quru yolları nə vaxt açılacaq? - AÇIQLAMA
Azərbaycanın quru yollarının bağlı olması barədə bir çox narazılıqlar var. Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən isə, Azərbaycanda karantin rejimi yumşaldılıb. Ümumilikdə karantin qadağalarından yalnız maska, "COVID-19" pasportu və quru sərhədlərin açılması məsələləri qalıb. Bəs görəsən, sərhədlərin açılması məsələsinə nə zaman baxılacaq?

Arasdırma.info xəbər verir ki,Sonxeber.az mövzuyla bağlı Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzinin rəisi Maya Şərifova ilə əlaqə saxlayıb.

O bildirib ki, bu barədə hər hansı bir göstəriş verilməyib:

"Quru sərhədlərin açılması Operativ Qərargahın qərarı ilə müəyyən olunur. Bu səbəbdən daha doğru məlumatı oradan öyrənə bilərsiniz. Bizə sərhədlərin açılması ilə bağlı göstəriş gəldikdə fəaliyyətimizi qərara uyğun həyata keçirəcəyik".

Paylaş
Xəbər lentİ