Efirdə baş verən davalarla bağlı televiziyalara XƏBƏRDARLIQ

Oxunma sayı: 139
15-04-2022, 19:44

Efirdə baş verən davalarla bağlı televiziyalara XƏBƏRDARLIQ
Audiovizual Şura televiziya yayımçılarına xəbərdarlıq edib.

Arasdırma.info xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Bildirilib ki, aprel ayının əvvəlindən televiziya yayımçılarının proqramlarının Audiovizual Şura tərəfindən həyata keçirilən monitorinqləri zamanı canlı yayımlanan bəzi proqramlarda qonaqlar, iştirakçılar, ekspert qismində iştirak edən şəxslər arasında baş verən fiziki toqquşma və davaların, o cümlədən, qarşılıqlı təhqirlərin efirə getməsi halları qeydə alınıb:

“Həmin proqramlarda belə situasiyalar əvvəllər nadir hallarda baş verirdi və Şuranın yayımçılara etdiyi xəbərdarlıqların nəticəsində bu hallar sistematik xarakter almırdı.

Lakin son günlər ümumölkə televiziya kanallarının efirlərində canlı yayımlanan proqramlar göstərir ki, belə pozuntuların intensivləşməsi və sistematik hala çevrilməsi baş verir.

Audiovizual Şura yayımçıların diqqətinə çatdırır ki, proqramlarda şəxslər arasında fiziki toqquşma və davaların, o cümlədən, qarşılıqlı təhqirlərin efirə getməsi halları bir daha təkrarlanarsa onlara qarşı xəbərdarlıq olunmadan inzibati sanksiyalar tətbiq olunacaq”.//yeniavaz

Paylaş
Xəbər lentİ