Motosikletçini döyən vəzifəli şəxs DANIŞDI: "Çox əsəbiydim, ..."

Oxunma sayı: 143
26-04-2022, 07:11

Motosikletçini döyən vəzifəli şəxs DANIŞDI: "Çox əsəbiydim, ..."
“Heç özüm də bilmədim ki, bu olay necə baş verdi. Çox əsəbiydim, təzyiqim qalxmışdı. Nəvəmi məktəbdən gətirirdim. Kaş ki, olmayaydı”. Arasdırma.info xəbər verir ki, bunu Gununsesi.info -ya açıqlamasında paytaxtda motosikilet sürücüsünü döyən vəzifəli şəxs Suıtan Dadaşov yayılmış görüntülərinə münasibətində deyib. O, bildirib ki, həmin an özündə olmayıb və işdən azad olunacağını da gözləyir: “Mən təəssüf edirəm. Nə qərar versəllər, hazıram”. Qeyd edək ki, Sultan Dadaşovun PA -da işlədiyi deyilir.

Paylaş
Xəbər lentİ