Yatmazdan öncə modemi söndürmək lazımdır?

Oxunma sayı: 129
28-04-2022, 07:33

Yatmazdan öncə modemi söndürmək lazımdır?
Həyatımızda "WiFi"ın rolu böyükdür. İnternet ehtiyaclarımızı təmin edən simsiz şəbəkə bir antena vasitəsilə yaydığı siqnallarla bizim internetə çıxışımızı təmin edir. Bundan əvvəl "WiFi" (simsiz şəbəkə) şəbəkələrinin sağlamlığa heç bir təsiri olmadığı düşünülsə də, dərc edilən bir çox araşdırma nəticəsində yanıldığımız sübuta yetirildi.

"WiFi" şəbəkələrinin insan sağlamlığı üçün hansı təsirləri var?

Arasdırma.info Trend-ə istinadən bildirir ki, təkrarlanan tədqiqatlar nəticəsində "WiFi" stress, yuxusuzluq, halsızlıq, baş ağrısı uşaqlarda qavrama pozuntusu kimi təsirlərə gətirib çıxardığı məlum olub. Araşdırmanın ən diqqət çəkən məqamı "WiFi" və digər elektromaqnit dalğalarının xüsusilə gənclər üzərində daha təsirli ola bilməsidir. Nəzərə alsaq ki, gündən-günə daha çox "WiFi" qaynar nöqtələri yaradılır və daha çox maqnit dalğaları yaranır, nəticədə xəbərimiz olmadan "WiFi" elektromaqnit dalğalarına məruz qalırıq və bu maqnit dalğaları sağlamlığımızı hər gün daha da pisləşdirir. Xüsusən uşaqların modemdən uzaq tutulması vacib amillərdən biridir. Tövsiyə olunur ki, uşaqların yatdığı otaqda modemin (router) olmaması və yatmazdan 1 saat əvvəl modem və telefonun söndürülməsi lazımdır.

Paylaş
Xəbər lentİ