oyuqlar bu şəraitdə kəsilirmiş - İyrənc vəziyyət aşkarlandı - VİDEO

Oxunma sayı: 138
13-05-2022, 01:53

oyuqlar bu şəraitdə kəsilirmiş - İyrənc vəziyyət aşkarlandı - VİDEO
Abşeron rayonunun Saray qəsəbəsində qanunsuz fəaliyyət göstərən quş əti sexi aşkarlanıb.

Arasdırma.info xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, sözügedən sex Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional bölməsi tərəfindən keçirilən reyd zamanı müəyyən edilib.

Məlum olub ki, burada toyuqlar anisanitar şəraitdə kəsilir, qablaşdırılır, sonra isə satışa çıxarılır.

Saray qəsəbəsinin Azadlıq küçəsində yerləşən və vətəndaş Ruslan Fətəliyevin fərdi həyətyanı sahəsindəki sexdə antisanitariyanın və normativ qaydaların kobud şəkildə pozulduğu aşkar edilib.

Müəssisə rəhbəri Ruslan Fətəliyev bu işə bir həfətdir başladığını, ona görə də aidiyyəti qurumlardan icazə almadığını etiraf edib.

Aşkarlanan faktla bağlı qanuna uyğun addımların atılacağı bildirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

//press.az

Paylaş
Xəbər lentİ