18 nömrəli orta məktəbdə müxtəlif yığımlar həyata keçirilir

Oxunma sayı: 21
17-05-2022, 01:22

18 nömrəli orta məktəbdə müxtəlif yığımlar həyata keçirilir
Bakı şəhərində fəaliyyət göstərən məktəblərdən birində pul yığılması iddia olunub. Belə ki, Mikayıl Müşfiq adını daşıyan 18 nömrəli tam orta məktəbin direktoru Rəna Süleymanovanın “Son zəng”də məzunlar üçün birinci sinif şagirdlərindən 70 manat pul yığıldığı bildirilib.
Arasdırma.info Cahantv.aza istinadən xəbər verir ki, Cahantv.az məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, idarə tərəfindən müvafiq araşdırma aparılır:

“Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək. Təhsil müəssisələrinin fəaliyyətinə uyğun olmayan hallara qarşı müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.
Xatırladırıq ki,bu kimi hallar 18 saylı məktəbdə mütəmadi olaraq baş verir.Əvvəllər də,mətbuatda bu barədə müxtəlif yığımlarla bağlı məlumatlar qeyd olunub.

Paylaş
Xəbər lentİ