Bakıda qadın kişini intim görüntüləri ilə şantaj edib

Oxunma sayı: 128
17-05-2022, 08:25

Bakıda qadın kişini intim görüntüləri ilə şantaj edib
Bakıda tanışını hədələyərək ondan pul tələb edən qadına hökm oxunub.

Arasdırma.info qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən ilin avqust ayında Yasamal rayonunda baş verib. Belə ki, həmin ilin iyulunda Ağ Şəhər bulvarında paytaxt sakini Camal Xəlilov (adlar və soyadlar şərtidir) Goranboy rayon sakini, 1989-cu il təvəllüdlü Gültən Qəmbərova ilə tanış olub. Bundan bir neçə gün sonra onlar görüşüblər və birgə qalıblar. Növbəti gün isə Camal avtomobili ilə Gültəni qəsəbələrin birində yerləşən evinə qədər ötürüb.

Məhkəmə araşdırması zamanı məlum olub ki, həmin görüşdən sonra Camalın onunla əlaqə saxlamadığını görən qadın kişini hədələyərək pul tələb edib. Əvvəlcə Camaldan evi üçün sərinkeş almasını istəyən Gültən daha sonra 500 manat tələb edib. Əks təqdirdə o, Camalın intim görüntülərini yayacağını bildirirək onu rüsvay edəcəyini deyib.

Bundan sonra Camal Gültənlə görüşərək ona 300 manat pul verib. Qadının şantajlarının davam etdiyini görən şəxs sonda onun barəsində polisə şikayət edib.

Gültən Qəmbərova barəsində Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə açılan işə rayon məhkəməsində baxılıb. Bu il mayın 6-da iş üzrə məhkəmə prosesi başa çatıb. Yasamal Rayon Məhkəməsinin hökmü ilə 2 uşaq anası olan Gültən Qəmbərovaya 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzası 1 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib

Paylaş
Xəbər lentİ