Azərbaycanda məktəbli qızı ərə verdilər: DİN hərəkətə keçdi - YENİLƏNİB

Oxunma sayı: 124
1-06-2022, 20:47

Azərbaycanda məktəbli qızı ərə verdilər: DİN hərəkətə keçdi - YENİLƏNİB[
Daxili İşlər Nazirliyi Sabirabad rayonunda məktəbli qızın ərə verilməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Cahantv.az-ın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən bütün tədbirlər icra olunur və digər dövlət qurumları məlumatlandırılıb:

“Yeniyetmənin valideynləri də polis şöbəsinə dəvət olunaraq, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırıb.

Həmçinin yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq”.

14:30

Sabirabad rayonunda məktəbli qız ərə verilib.

Cahantv.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, toy Sabirabad rayonunun Qəzli kəndində baş tutub:

“Sabirabad rayonu Qəzli kəndində IX sinif şagirdinin qız toyu olub. 1-2 həftəyə də oğlan toyu olacaq. Qızın adını yazmayacağam, anasının adı isə Zöhrədir”.

Paylaş
Xəbər lentİ