Azərbaycanda əhali niyə “Formula 1”ə qəzəblidir? - SƏBƏB TIXAC DEYİL

Oxunma sayı: 115
10-06-2022, 07:57

Azərbaycanda əhali niyə “Formula 1”ə qəzəblidir? - SƏBƏB TIXAC DEYİL
“Əslində “Formula 1” yarışı heç bir ölkəyə birbaşa qazanc gətirmir. Amma iş doğru təşkil olunanda iqtisadiyyatda multiplikativ effekt yaradır, ölkənin tanıtımı maddiləşir, turizm və investor axını artır ki, bu da biznesin qazanmasına, daha çox qazandıqca ödədiyi verginin həcminin artmasına səbəb olur – ölkələr məhz belə pul qazanırlar”.
Arasdırma.info xəbər verir ki,bunu Bakupost.az -a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
O, Azərbaycanda əhalinin “Formula 1” yarışına olan qəzəbinin başqa aspektinə toxunub:

“Bizdə əhalinin bu yarışa neqativ münasibəti təkcə şəhərin iflic olmasına, yolların bağlı qalmasına, saatlarla tıxacların yaranmasına görə deyil, həm də ona görədir ki, bu yarış zamanı və yarışdan sonra yaranmalı olan tanıtıma görə pul qazanmırlar”.
Ekspert qeyd edib ki, “Formula 1”in 500 mln. nəfərə yaxın azarkeşi var, deməli ölkələr üçün tanınmağın artmasına yaxşı şərait yaranır:
“Doğru siyasətlə bu tanıtım maddiləşməlidir – turizm artır, hər turist bizim kimi ölkələrdə həftəyə ortalama ən azı 500 dollar pul xərcləyir, bu vəsait biznesə gəlir kimi daxil olur, biznesin də vergi öhdəliyi artır, bununla da büdcə də qazanır. Bizdə turizmin qarşısında ən böyük sədd “AZAL”dır, belə yüksək bilet qiymətləri turizmin qənimidir, həm də ona görə “Formula 1”in effektini görmürük.
Tanıtımın digər maddiləşməsi investisiyalar olmalıdır – bu sahədə də “sinifdə qalmışıq”, investisiya mühiti toksikdir, cəlbedici deyil, deməli tanıtımın bu nemətindən də istifadə edə bilmirik. Beləliklə, əhalinin narazılığının kökü məhz qızınmadıq istisinə, kor olduq tüstüsünə yanaşmasındadır və insanlar tam haqlıdır”

Paylaş
Xəbər lentİ