“Əlillik dərəcəsi almağı özüm istəmədim...” - Beş medalla təltif edilən döyüşçümüz...

Oxunma sayı: 108
17-06-2022, 22:08

“Əlillik dərəcəsi almağı özüm istəmədim...” - Beş medalla təltif edilən döyüşçümüz...
Şahbazov Məmmədağa Rəyasət oğlu 2002-ci ildə anadan olub. 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi qəhrəmanlıqlara görə ölkə başçısı tərəfindən beş medalla təltif edilib.

M.Şahbazov öz döyüş yolunu Moderator.az-a belə nəql edib:

“2020-ci ilin iyul ayında əsgəri xidmətimə yollandım. Beyləqanda Haramı düzü adlanan ərazidə xidmətə başladım. Baş atıcı ixtisasına yiyləndim. Sentyabrın 1-də biz hərbi hissələrə bölündük. Ondan sonra təlimlərimiz başladı. Sentyabrın 27-də isə Füzulinin Alxanlı kəndi istiqamətindən əks-hücuma keçdik”.
“Əlillik dərəcəsi almağı özüm istəmədim...” - Beş medalla təltif edilən döyüşçümüz...
Döyüşçümüz deyir ki, onlar düşməni ağır itkilərə məruz qoyublar, amma oktyabrın 2-də Məmmədağa özü də yaralanıb:

“Döyüşdən sonra bir qrupumuz düşmənin qarşısını kəsmişdi, ikinci qrupumuz isə yaralı əsgər və şəhidlərimizi ərazidən çıxarırdı. Biz şəhidlərimizi arxa cəbhəyə aparıb geri qayıdarkən yanımıza minamyot mərmisi düşdü. Minamyotun zərbəsi məni bir neçə metr kənara tulladı. Həmin vaxt kəllə-beyin travması aldım və sağ ayağımdan ağır yaralandım. Məni də ərazidən çıxarıb xəstəxanaya göndərdilər”.

Məmmədağa yaralı olsa da, ürəyi döyüş meydanındakı əsgər yoldaşlarının yanında olub. O, sağalan kimi yenidən cəbhəyə qayıdıb:

“Müalicələrimi başa vurduqdan sonra oktyabrın 31-də cəbhəyə qayıtdım və bu dəfə məni təminat bölüyünə təyin etdilər. Artıq Füzuli-Şuşa istiqamətində idik. Noyabrın 9-da isə düşmən təslim oldu və müharibəni dayandırdılar. Ondan sonra xidmətimi Şuşada davam etdirdim. 2022-ci ilin yanvar ayında isə ordu sıralarından tərxis olundum”.



Məmmədağa deyir ki, əlillik almaq istəmədim, amma o bizə xidmətinə görə aldığı medallarını da sadalayıb:

“Döyüşdə olanda gizir işləyən dayım da döyüşürdü. İndi xidmətdə olduğu üçün adını açıqlamıram. Dayımla ayrı-ayrı istiqamətlərdə döyüşürdük, amma imkan olduqca əlaqə saxlayırdıq. Ordudan tərxis olunduqdan sonra əlillik dərəcəsi almağı özüm istəmədim. Amma döyüşdə göstərdiyim xidmətlərimə görə “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” medallarıyla və “Azərbaycan Bayrağı” ordeniylə təltif edildim.



Mən döyüşlərə gedərkən məqsədim ancaq o idi ki, torpaqlarımızı işğaldan azad edək. Bu gün də vətənimizin müdafiəsinə qalxmağa hazıram. Allah şəhidlərimizə rəhmət eləsin. Qarabağ Azərbaycandır!”.
“Əlillik dərəcəsi almağı özüm istəmədim...” - Beş medalla təltif edilən döyüşçümüz...

Paylaş
Xəbər lentİ