Pulsuz çimərlik məsələsi gündəmdə - Vətəndaşdan ancaq pul qazanmaq istəyirlər

Oxunma sayı: 123
21-06-2022, 07:16

Pulsuz çimərlik məsələsi gündəmdə - Vətəndaşdan ancaq pul qazanmaq istəyirlər
Sahil çimərliklərinin zəbti, özəl çimərliklərdə süni qiymət artımı ilə bağlı ciddi araşdırmalar aparılmaldır”.
Arasdırma.info xəbər verir ki,bunu Bakupost.az -a açıqlamasında millət vəkili Asim Mollazadə deyib.
Deputat bildirib ki, sahil çimərliklərində qiymətlərin tənzimlənməsi ilə ilə bağlı müvafiq qurumlar bir sistem formalaşdırmalıdır:

“Sahilləri zəbt edənlərlə bağlı müvafiq sərəncamlar da mövcuddur, sadəcə bunların icrası üzərində nəzarət olmalıdır. Həm sanitar-gigiyenik vəziyyət, həm sahildəki azad zonaların mövcudluğu ilə bağlı ciddi araşdırlamalar aparılmaldır. Bu araşdırmaların nəticəsində vətəndaşların hüquqları qorunmalıdır. Sahillərdə qiymət artımı, eyni zamanda sui-istifadə halları istisna deyil. Ona görə qiymətin tənzimlənməsi ciddi araşdırılmalı və müvafiq qərarlar verilməlidir”.
Millət vəkili Fazil Mustafa bildirib ki, ictimai çimərliklər məsələsi aktuallaşmalı idi, lakin bu genişlənmədi:

“Ona görə də özəl sektor buradan 3 ay ərzində pul götürməyə çalışır. Təbii ki, yük vətəndaşın çiyinlərinə düşür. Əsas insanların müstəqil şəkildə Xəzər dənizinə girib-çıxmasını təmin etməkdir. Özəl obyektləri də başa düşmək lazımdır. Çünki onlar da inkişaf etməlidir. Onlara kim investisiya qoyacaq? Dövlətin qoyduğu investisiyada istər-istəməz korrupsiya elementləri olacaq. Görünür, özəl obyektlərdən də pul alır və qiymət artımını tələb edirlər. Onlar da məcburdular ki, qiyməti qaldırsınlar. Bunların hamısı bir-biri ilə əlaqələdir. İnsanlara şərait yaratmaq lazımdır ki, dənizə rahat gedə bilsinlər”.
F.Mustafa çimərliklərin zəbt edilməsinin qarşısının alınması ilə bağlı da danışıb: “Çimərliklərin zəbt edilməsi ilə mübarizə aparmaq əvəzinə sistemin keyfiyyətini artırmaq lazımdır. Çünki normal rəqabət olanda heç kim istəməz ki, müştərisini itirsin. Qardaş Türkiyədə bələdiyyə çimərlikləri var. Orada qiymətlər aşağı olur və vətəndaşa normal xidmət göstərilir. Bizdə bələdiyyələrin özü ölü vəziyyətdədir. Normal bələdiyyə yaradılmayandan və pulu olmayandan sonra heç nə etmək mümkün deyil. Bizdə vətəndaş sonuncu dərəcəli variant kimi düşünülür. Yəni vətəndaşdan ancaq pul qazanmaq olar. Ona xidmət, qayğısına qalmaq deyilən məsələlər bizdə bir az arxa plandadır. Vətəndaşlar üçün pulsuz çimərliklərin olması vacibdir ki, rahat dincələ bilsinlər. Problem ondadır ki, bu alternativlər yoxdur”.

Paylaş
Xəbər lentİ