“General Supply” QSC "Məlhəm Beynəlxalq Hospital"ı məhkəməyə verdi - Rəhbərləri görün kimdir

Oxunma sayı: 125
24-06-2022, 07:22

“General Supply” QSC "Məlhəm Beynəlxalq Hospital"ı məhkəməyə verdi - Rəhbərləri görün kimdir
Məşhur logistika şirkəti olan “General Supply” QSC “Məlhəm Beynəlxalq Hospital”ı məhkəməyə verib.

Arasdırma.info xəbər verir ki , “General Supply” QSC müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə barədə tələb irəli sürüb.
İddia hakim Qumru Əliyevanın sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, nizamnamə kapitalı 100AZN olan "Məlhəm Beynəlxalq Hospital"ın qanuni təmsilçisi Ələddin Cabbarov Sədir oğludur.

Ələddin Cabbarov həmçinin "Diaqnoz Tibb Mərkəzi"nin baş həkimidir.
Deyilənlərə görə hər iki müəssisə Keçmiş Azəesu ASC-nin rəhbəri Qorxmaz Hüseynova məxsusdur və Ələddin Cabbarov isə onun yaxın qohumudur.

Nizamnamə kapitalı 2000AZN olan "General Supply" QSC-nin qanuni təmsilçisi Natalya Kazımzadə Viktorovnadır.32gun.az

Paylaş
Xəbər lentİ