ATV-nin keçmiş prezidentinin qızının nişanlısı “Twitter”də pay sahibidir – YENİLƏNİB + FOTO

Oxunma sayı: 106
28-06-2022, 19:53

ATV-nin keçmiş prezidentinin qızının nişanlısı “Twitter”də pay sahibidir – YENİLƏNİB + FOTO
Xəbər verdiyimiz kimi, ATV-nin keçmiş prezidenti, Əməkdar jurnalist Vüqar Qaradağlının qızı Gültəkinin nişanı olub.

Axşam.azın məlumatına görə, onun ailə qurmağa hazırlaşdığı şəxs tanınmış proqramçı Tural Bədirxanlıdır.

ABŞ-da Masaçusets Texnologiya İnstitutunun məzunu olan Tural digər iki həmkarı ilə birlikdə “Namo Media” interaktiv reklam proqramını yaradıb və “Twitter”ə satıb. O, bunun qarşılığında 50 milyon dollar alıb və eyni zamanda, şirkətdə pay sahibi olub.

Tural həmçinin 2 il “Google”un işçisi olub.

O, 1986-cı ildə Quba rayonunda dünyaya göz açıb.

14:36

ATV-nin keçmiş prezidenti, Əməkdar jurnalist Vüqar Qaradağlının qızı Gültəkinin nişanı olub.

Arasdırma.info Axşam.aza istinadən xəbər verir ki, nişan mərasimi bir neçə gün əvvəl ABŞ-da baş tutub. Gəlin nişanda bəy üçün mahnı da səsləndirib.

Qeyd edək ki, Gültəkin Qaradağlı ABŞ-ın Fordhem Universitetində təhsil alır və Amerikada yaşayır. Bir zamanlar o, “Youtube”da mahnıları “cover” edərək ifa etməsi ilə məşhurlaşmışdı.

ATV-nin keçmiş prezidentinin qızının nişanlısı “Twitter”də pay sahibidir – YENİLƏNİB + FOTO
ATV-nin keçmiş prezidentinin qızının nişanlısı “Twitter”də pay sahibidir – YENİLƏNİB + FOTO
ATV-nin keçmiş prezidentinin qızının nişanlısı “Twitter”də pay sahibidir – YENİLƏNİB + FOTO
ATV-nin keçmiş prezidentinin qızının nişanlısı “Twitter”də pay sahibidir – YENİLƏNİB + FOTO

Paylaş
Xəbər lentİ