Tahir Əmiraslanov əsəbiləşib yüzlərlə kitabı yandırdı - "Heç kimə lazım deyil" - VİDEO

Oxunma sayı: 127
7-07-2022, 07:48

Tahir Əmiraslanov əsəbiləşib yüzlərlə kitabı yandırdı - "Heç kimə lazım deyil" - VİDEO
Azərbaycan Milli Kulinariya Mərkəzinin keçmiş direktoru, əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov illərdir yığdığı, kulinariyaya aid yüzlərlə kitabı yandırıb.
Arasdırma.info xəbər verir ki, o kitabları yandırdığı videonu sosial şəbəkədə paylaşıb.
Kitabları yandırmasının səbəbini isə belə izah edib:
"Hər dəfə əsəbiləşəndə kitabların və arxivin bir hissəsini töküb yandırıram. Həm əsəblərim sakitləşır, həm ev boşalır, həm ağcaqanadlar uzaqlaşır. Kitablar, diplomlar və s. yaxşı yanır .
Mən bunları Milli Mətbəx Muzeyinə qoymaq üçün toplayırdım. Ölkəmə lazim olmayan şeylərin üstündə niyə əsməliyəm ki?".
İzləyicilər onu sakitləşdirməyə çalışıb.
Xatırladaq ki o bir müddət əvvəl Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri vəzifəsindən uzaqlaşdırılmış, əvəzinə Orxan Fikrətoğlu təyin edilib.//bakupost

Paylaş
Xəbər lentİ