Azəbaycanda tanınmış rəssam VƏFAT ETDİ

Oxunma sayı: 123
9-07-2022, 10:24

Azəbaycanda tanınmış rəssam VƏFAT ETDİ
Tanınmış rəssam Rakif İsmayılov vəfat edib.
Arasdırma.info xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, o, 65 yaşında dünyasını dəyişib.
Mərhum şəkər xəstəliyindən əziyyət çəkirdi. Bir müddət öncə onun ayağı amputasiya olunmuşdu.
Qeyd edək ki, R.İsmayılov Masallının Ağakişibəyli kəndində anadan olub. O, Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirib. Daha sonra Moskvada təhsilini davam etdirib, Xalq rəssamı Tahir Salahovdan 4 il təhsil alıb. Ölkədə portretçi rəssam kimi tanınıb. İsmayılov son illərini Bakının Nizami küçəsində turistlərin portretini çəkməklə keçirib.

Paylaş
Xəbər lentİ