“Oğlumu əsgərlikdə orqanlarını götürmək üçün öldürüblər”

Oxunma sayı: 156
10-07-2022, 02:01

“Oğlumu əsgərlikdə orqanlarını götürmək üçün öldürüblər”
Naxçıvanda hərbi xidmətdə olarkən intihar etdiyi deyilən əsgər İsmayılov Aqilin atası Arif İsmayılov oğlunun öldürüldüyünü iddia edib.
Arasdırma.info xəbər verir ki, o, bu barədə “KİM TV"yə danışarkən bildirib:
“Bir il 2 ay hərbi xidmət keçəndən sonra may ayında oğlum mənə zəng elədi ki, “ata pul göndər məni ezamiyyətə buraxırlar”. Mayın 3-ü “zampalit” zəng elədi ki, “bura gəl, uşağın özünə xəsarət yetirib”. Mən “özü ilə danışdır” dedim. Cavab verdi ki, “gəl danışarsan”. Dedim ki, “onda uşaq ölüb, gəlirəm necə hansı şəraitdə ölüb özüm baxacağam”. Mən ora gedənə qədər xəstəxanada boğazından göbəyinə qədər yarıb içində bütün orqanlarını götürmüşdülər. Gedib öldüyü yerə baxdım, qaldıqları yerə də baxdım, səngərdə bir damcı qan yox idi. Mənə elə gəlir ki, uşağımı orqanlarına görə başqa yerdə öldürüb, ora gətirib qoyublar”. //yeniavaz

Paylaş
Xəbər lentİ