Azərbaycanda benzin bahalaşdı

Oxunma sayı: 120
13-07-2022, 01:36

Azərbaycanda benzin bahalaşdı
Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiymətində dəyişiklik edilib.

Arasdırma.info xəbər verir ki, “Aİ-95” premium markalı benzin 0,4 manat bahalaşıb. Məlumata gprə, yeni satış qiyməti 2 manatdır.

Litri 1,6 manatdan satılan benzinin qiymətinin artmasına səbəb isə dünya bazarlarında müşahidə olunan qiymət artımıdır.

Belə ki, “Aİ-95” premium markalı benzin ölkəmizdə istehsal olunmadığı üçün xaricdən idxal edilir. Məhsulun idxal dəyərinin artması onun ölkəmizdəki satış qiymətlərinin də artmasına səbəb olub.
Ətraflı

Paylaş
Xəbər lentİ