Quzu əti bahalaşdı.VİDEO

Oxunma sayı: 113
13-07-2022, 08:32

Quzu əti bahalaşdı.VİDEO
Azərbaycanda quzu əti bahalaşıb.



Arasdırma.info xəbər verir ki,Pravda.az-ın məlumatına görə, bazarda qoyun əti 7-8, quzu əti isə 15-16 manatdır. Halbuki indiyə kimi quzu əti 13-14 manat idi.



Mövcud qiymət artımı vətəndaşları narahat edir. Onlar hazırkı qiymətin ciblərinə uyğun olmadığını deyirlər.



Bəs quzu ətinin baha olmasının səbəbi nədir? Ət satışı ilə məşğul olan şəxslər ölkə üzrə quzu ətinin topdansatış qiymətinin artdığını deyirlər.



Heyvandarlıq təsərrüfatlarının sahibləri də deyilən fikirləri təsdiqləyirlər.



Mal-qaranın əsas qidasını təşkil edən otun bahalaşmasının səbəblərindən biri məhsuldarlığın az olmasıdır. Digər səbəb isə xaricdən idxal olunan gübrələrin bahalaşmasıdır.

[media=]

Paylaş
Xəbər lentİ