Toy etmək istəyənlərə VACİB XƏBƏR - Menyuların qiyməti...

Oxunma sayı: 121
14-07-2022, 00:03

Toy etmək istəyənlərə VACİB XƏBƏR - Menyuların qiyməti...
İyun ayında şadlıq saraylarında sifarişlərin sayında 63 % artım qeydə alınıb.



Arasdırma.info xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.



Mərkəz eyni zamanda qeyd olunan müddətdə qiymət və keyfiyyət üzrə monitorinq aparıb. CESD-nin montironqinə görə, iyun ayında toy və şənliklərin sayının azalmasına baxmayaraq menyuların qiyməti orta hesabla 5 faiz bahalaşıb.


40 manatadək olan menyularda qiymət artımları 3 faiz, 40-80 manat arasındakı menyularda 5 faiz, 80 manatdan yüksək qiymət təklif edilən menyularda isə artım 7 faiz olub.



Eyni zamanda, monitorinqlər xidmət keyfiyyətinin azalmasını müşahidə edib. Belə ki, ötən müddətdə xidmətçilərin sayında müşahidə edilən azalma xidmət keyfiyyətinin aşağı düşməsinə səbəb olub.//sfera

Paylaş
Xəbər lentİ